Ulaşlı- Şıxlı kənd tam orta məktəbində “Zəfər bayramı” qeyd edildi-VİDEO

Baxılıb:890
Ulaşlı- Şıxlı kənd tam orta məktəbində “Zəfər bayramı” qeyd edildi-VİDEO

Ali Baş komandan İlham Əliyevin əmri, Azərbaycanın müzəffər ordusunun qəhrəmanlığı ilə qazanılmış qələbəmizin ildönümü ölkəmizin hər yerində böyük sevinclə ,qürurla qeyd edilir.


Bu gün Göyçay rayonu Elnur Seyidov adına Ulaşlı-şıxlı kənd tam orta məktəbində də “Zəfər Bayramı” böyük təntənə ilə qeyd olunub. Məktəbin şagirdləri vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib,onların şəninə şeirlər səsləndirb, mahnılar ifa ediblər.
11 il təhsil aldığım, 17 il pedaqoji fəaliyyətlə məşğul olduğum tədris ocağı Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Elnur Seyidovun adını daşıyır. O həlak olanda cəmi 19 yaşı var idi. Biz onun şəkli əks olunmuş lövhənin qarşısından hər gün sinif otaqlarımıza daxil olurduq. O məsum baxışlar sanki qanımı yerdə qoymayın deyirdi. İllər ötdü. Elnurun dilsiz əksinin imdadına o kənddə neçə əsgər yetişdi. Şagirdlərin olmuş İsmət, Tural, Nurlan,İbrahim və neçə-neçə igid Zəfərə gedən yola şölə tutdular. Bu gün bizim qürurla, qalıb xalq kimi alnimizdakı məğlubiyyət damğasını qanı ilə yumuş neçə igidimizə,necə şəhidimizə borcumuz var. Zəfərin mübarək AZƏRBAYCAN!!!

Pərvin Abışova /AzTimes.az/


Abunəlik