“Türklərin hakimiyyəti altında yaşamağa hazırıq”-ŞOK QƏRAR

Baxılıb:708
“Türklərin hakimiyyəti altında yaşamağa hazırıq”-ŞOK QƏRAR

Kiprli yunanlar Şimali Kipr Türk Cümhuriyyətinin hakimiyyəti altında olan Maraşda yaşamağa hazır olduqlarını açıqlayıblar.

AzTimes.az Cənubi Kipr Yunan Respublikası yunanları 1974-cü ildə bağlanan Maraş şəhərində türklərin hakimiyyəti altında yaşamamağa çağırıb. Bu çağırışdan sonra 25 yunan ailəsi türk hakimiyyəti altında yaşamağa hazır olduqlarını açıqlayıb. Maraşlılar Cənubi Kipr lideri Nikos Anastaiadisin “Sizə türklərin hakimiyyəti altında olan Maraşa qayıtmaqla bağlı gələn təkliflərə qulaqlarınızı bağlayın” açıqlamasını “keçmiş vətənpərvərlik” adlandırıb.

Yunan mediası Cənubi Kipr hökumətinin maraşlı yunanları dalana dirədiyini, təkbaşına qoyduğunu yazıb. Bundan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Qüdrət Özərsay ilin sonuna qədər Maraşın mərhələli şəkildə açıqlacağını demişdi.(Teleqraf.com)


Abunəlik