Türkiyəyə işləməyə gedən gənc dənizdə boğuldu-FOTO

Baxılıb:199
Türkiyəyə işləməyə gedən gənc dənizdə boğuldu-FOTO

AzTimes.az Türkiyə mətbuatınaa istinadən xəbər verir ki,Türkiyənin turizm bölgəsi olan Alanyada 24 yaşlı  Hövsan sakini dənizdə boğulub. Hadisənin 12 avqust 2019-cu il tarixində baş verdiyi bildirilir.
Ramil Zeynalov adlı Azərbaycan vətəndaşı dostları ilə birlikdə dənizə çimməyə girib. Bir qədər sonra batmağa başlayan Ramili sahilə çıxarıblar və hadisə yerinə təcili yardım çağırıblar.
Tibb işçilərinin müdaxiləsinə baxmayaraq xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Zeynalovun cəsədi məhkəmə-tibbi ekspertizası mərkəzinə aparılıb, polis araşdırma aparır. Yaxınları Ramilin bir neçə ay öncə işləyib ailəsinə dəstək olmaq məqsədi ilə Türkiyəyə üz tutduğunu deyirlər. Yaxınlarına səbr diləyirik.Görüntünün olası içeriği: 1 kişi, yazı ve yakın çekim

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir