İcra başçısı şəhid ailəsinə iylənmiş ət yolladı -VİDEO

Baxılıb:144
İcra başçısı şəhid ailəsinə iylənmiş ət yolladı -VİDEO

Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib. 
AzTimes.az  Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsi bildirib.
Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub.
Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib:
“Mən icra başçısından xahiş edirəm ki, bu faktlara baxıb araşdırsın və lazımı tədbirlər görsün Araşdırıb öyrənsin ki, şəhid ailəsinə iylənmiş ət və digər bayram paylarını göndərənlər kimlərdir. Onun özüdür, yoxsa başqaları!”.

Biz  icra hakimiyyəti il əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmələrini istəsək də  oradan özünü təqdim etməyən şəxs bizə bu bardə kömək edə bilməyəcəyini. nahardan sonra yenidən əlaqə saxlamağımızı bildirdi.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir