Türkiyədən SƏRT GEDİŞ: Təhsil müəssisələrində Qərb bayramları QADAĞAN EDİLDİ

Baxılıb:68
Türkiyədən SƏRT GEDİŞ: Təhsil müəssisələrində Qərb bayramları QADAĞAN EDİLDİ

Artıq Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarını qeyd etmək qadağan edilib.

Ölkənin Təhsil Nazirliyi hökumətin qərarına əsasən, özəl təhsil müəssisələrində Hellouin, Pasxa və Katolik Milad bayramlarının qeyd olunmasını qadağan edib.

Şöbədən verilən məlumata görə, türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan tədbir və şənliklərin keçirilməsi tələbələrin psixososial inkişafına töhfə vermir.

Qadağa valideynlərin Qərb bayramlarının məktəblərdə qeyd olunması ilə bağlı şikayətlərindən sonra qoyulub. 2023-cü ilin dekabrında Türkiyənin milli kimliyinə uyğun gəlməyən bayram tədbirləri ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edilib.

Bundan başqa, qərara əsasən, tələbələrin akademik tərəqqi ilə yanaşı, sosial, mədəni, incəsənət və idman inkişafına təkan vermək məqsədi daşıyan “İctimai fəaliyyət və inkişaf mərkəzləri” yaradılacaq.


Abunəlik