Türkiyədə seçkilərdən sonra vəziyyət dəyişir – İstefalar olacaq

Baxılıb:40
Türkiyədə seçkilərdən sonra vəziyyət dəyişir – İstefalar olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də respublikada keçirilən bələdiyyə seçkilərində rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məğlubiyyətindən sonra hökumətdə bir neçə naziri dəyişə bilər.

Bu barədə “Sözcü” telekanalı məlumat yayıb. Lakin kimin postunu tərk edə biləcəyini açıqlamayıb.

Ərdoğanın partiyası 2002-ci ildən bəri ilk dəfə seçkilərdə məğlub olub. Müxalif Cümhuriyyət Xalq Partiyası 37,76%, AKP isə 35,48% səs toplayıb. Müxalifət 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəldikdən sonra İstanbul, Ankara, İzmir, Antalya da daxil olmaqla, böyük şəhərləri qazanıb. Türkiyə prezidenti partiyasının məğlubiyyətini etiraf edib və ciddi nəticələr çıxaracağına söz verib. Bu gün Ərdoğanın sədrliyi ilə hakim partiyanın icraiyyə komitəsinin iclası keçiriləcək və orada səsvermənin nəticələri açıqlanacaq və müzakirə olunacaq.

Türkiyədə seçkinin nəticələrini şərh edən sosioloqlar qeyd edirlər ki, AKP-nin məğlubiyyətinin əsas səbəbləri respublikada yaşanan iqtisadi çətinliklər və yerli sakinlərin maddi vəziyyətindən narazı olmasıdır.

“İqtisadiyyatı normal vəziyyətə salmaq, pensiyaçıların problemini, yaşayış minimumunun qalxmasını həll etmək lazımdır. AKP-nin məğlubiyyətinin əsas səbəbi budur, partiyada ciddi dəyişikliklərə ehtiyac var, onun içində xalqdan uzaq, onlara yuxarıdan aşağı baxan insanlar var. Partiya onlardan mümkün qədər tez qurtulmalıdır. Xalq iqtidarı xəbərdar etdi və müxalifətə etimad göstərdi”, – hökumətyönlü “Hürriyet” qəzeti yazıb

Nəşr qeyd edir ki, Türkiyənin hakim partiyasına etimadsızlıq ilk növbədə AKP seçicilərinin əsasını ənənəvi olaraq təşkil edən yaşlılar tərəfindən ifadə olunub. Qəzet Türkiyə üzrə seçkilərdə fəallığın aşağı olmasına da (78,1%) diqqət çəkir və bunun səbəbinin maliyyə vəziyyətindən narazı olan dövlət sektorunun nümayəndələrinin seçkilərdə iştirak etməməsi ola biləcəyini göstərir.


Abunəlik