Türkiyə ordusu 11 terrorçunu məhv etdi

Baxılıb:43
Türkiyə ordusu 11 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı zamanı 10 terrorçunun məhv edildiyi qeyd edilib.

Daha bir terrorçu Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı bölgəsində zərərsizləşdirilib.

Nazirlik Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini vurğulayıb.


Abunəlik