Tuka Rusiyanı yeni raketlərlə HƏDƏLƏDİ: “Gözlənilməz sürprizlər” ola bilər

Baxılıb:48
Tuka Rusiyanı yeni raketlərlə HƏDƏLƏDİ: “Gözlənilməz sürprizlər” ola bilər

Kanada utilizasiya üçün Ukraynaya aviasiya raketləri göndərmək niyyətindədir.

Bu barədə ukraynalı siyasətçi Georgi Tuka “Pryamoy” telekanalında müsahibəsində məlumat verib.

O deyib ki, hətta yarı işlək sursat belə “gözlənilməz sürprizlər” təqdim edə bilər.

“Kanadalılar istismardan çıxarılan bu raketləri məhv etmək əvəzinə, bu raketləri bizə ötürmək qərarına gəliblər. Hazırda Kanadada 80 mindən çox belə raket var”, – siyasətçi qeyd edib.

“Bəzi raketlərdə döyüş başlığı yoxdur. Lakin onlar hətta “gözlənilməz sürprizlər” də təqdim edə bilərlər”, – deyə siyasətçi Rusiyanı hədələyib.


Abunəlik