TikTok” fenomeninin üzünə çəkiliş zamanı turşu atdılar

Baxılıb:254
TikTok” fenomeninin üzünə çəkiliş zamanı turşu atdılar

TikTok” fenomeninin üzünə çəkiliş zamanı turşu atıblar.
AzTimes.az xarici mediaya istinadən xəbər verir ki, “TikTok” fenomeni Cenni Elhassan restoranda canlı yayım edərkən maskalı şəxsin hücumuna məruz qalıb. Üzünə atılan turşuya görə xəstəxanaya aparılan Elhassanın sol gözü sarğı edilib.
Belə ki, Sidneydə bir restoranda oturan və izləyicilərinə canlı yayım edən 32 yaşlı “TikTok” ulduzu Cenni Elhassan hələ şəxsiyyəti məlum olmayan maskalı şəxs tərəfindən hücuma məruz qalıb.
Cenni Elhassan başına gələn hücumla bağlı açıqlama verib:
“Əvvəlcə kor olduğumu düşündüm və çox qorxurdum. Sonra dərhal xəstəxanaya getdik. Eynəyimin gözümün üstündə olması mənim üçün böyük şans olub. Eynəyim olmasaydı, kor qala bilərdim”.


Abunəlik