Tarix nələr danışır?-XRONOLOGİYA

Baxılıb:363
Tarix nələr danışır?-XRONOLOGİYA

12 fevral 1918-ci il…
Daşnaklar Ərzurum şəhərinin vağzalında törətdikləri terror aktı nəticəsində 10 nəfər türk dinc sakin həlak olur. Rəfahiyyənin Bolqar çəməni yaxınlığında, eləcə də Ərzincan istiqamətində də xeyli itkilər olur.

12 fevral 1920-ci il…
Azərbaycan Kommunist (bolşeviklər) partiyası yaradılır. Partiyanın təsis qurultayında Xalq Cümhuriyyətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülür və bu məqsədlə proqram (bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nın rəhbəri Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi) qəbul olunur.

12 fevral 1988-ci il…
Ermənilərin ilk separatçı çıxışları başlayır. İrəvan (Yerevan) şəhərində küçələrə çıxmış ermənilər tərəfindən “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq erməni yaşamalıdır!” və sairə millətçi şüarlar səsləndirilir.

12 fevral 1988-ci il…
DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”-un təşkilatçılığı ilə Xankəndi şəhərində DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi tələbi ilə ermənilər tərəfindən mitinq keçirilir.

12 fevral 1992-ci il…
Gəncədən Xocalıya ərzaq və yanacaqla yüklənmiş bir hərbi vertolyot gəlir. Yaşayış məntəqəsinin ətrafında yerləşən mövqelər ermənilər tərəfindən atəşə tutulur. Tələfat və dağıntılar olur.

12 fevral 1992-ci il…
Rusiya prezidenti B.Yeltsin Telavi vertolyot kursu bitirmiş erməni pilotlarına yeni və dəqiq hərbi uçuşa malik olan “Mİ-24P” markalı vertolyotların verilməsi haqqında 7-ci ordunun baş komandanı, general-mayor Reuta göstəriş verir.

12 fevral 1992-ci il…
Marşal Sapoşnikov azərbaycanlı deputat nümayəndələrinə 366-cı alayın çıxarılması ilə bağlı razılıq bildirmir.

12 fevral 1993-cü il…
Keçmiş Ağdərə rayonunun Vaquas kəndi yaxınlığında baş verən döyüşdə 70 nəfər həlak olur.

12 fevral 1994-cü il…
Ermənilər Qarabağ cəbhəsində güclü əks-hücuma keçirlər. Yüzlərlə azərbaycanlı tələf olur.

12 fevral 1994-cü il…
Ermənistan silahlı birləşmələri 3 istiqamətdən (Zod-Yanşaq, Kəlbəcər-Qamışlı, Ağdaban-Meydançay) əks-hücuma keçir.
Ermənilər çoxlu itki versələr də, Azərbaycan tərəfinin də çoxlu itkiləri olur…


Abunəlik