Tarif Şurasının üzvləri kimlərdir? -TAM SİYAHI

Baxılıb:210
Tarif Şurasının üzvləri kimlərdir? -TAM SİYAHI

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən – 31 yanvarda verdiyi qərarla yenidən ölkə gündəminə gəldi. Şuranın iclasında suyun qiymətlərinə baxılaraq, onun qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı.  Millət vəkili Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Tarif Şurasının ləğv edilməsini təklif edib və qurumu sərt tənqid edib:

“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var. Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi”. 
AZtimes.az mövzunun aktuallığını nəzərə alaraq Tarif Şurasının tərkibini təqdim edir: 
Şuranın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini – Azər BayramovAzərbaycan Respublikası vergilər nazirinin müavini – Sahir MəmmədxanovAzərbaycan Respublikası ədliyyə nazirinin müavini – Toğrul MusayevAzərbaycan Respublikası energetika nazirinin müavini – Gülməmməd CavadovAzərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini – Əli AbdullayevAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – İlham QuliyevAzərbaycan Respublikası səhiyyə nazirinin müavini – Elsevər AğayevAzərbaycan Respublikası təhsil nazirinin müavini – Firudin QurbanovАzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – Anar ƏliyevAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini – İsmayil HüseynovAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini – Dövlətxan Dövlətxanov/AZXEBER.COM.


Abunəlik