Tanınmış rəssam Nihad Əliyev rəssamlıqda daha çox hansı janra üstünlük verir ?

Baxılıb:500
Tanınmış rəssam Nihad Əliyev rəssamlıqda daha çox hansı janra üstünlük verir ?

 

1) Müsahibimiz tanınmış rəssam Nihad Əliyev, zəhmət olmasa özünüz haqqınızda qısa məlumat verin?
Cavab: Mən Nihad Əliyev, 1986-cı ilin avqust ayının 25-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşam. Rəssamlıq üzrə heç bir təhsilim olmadan və heç bir sənətkar yanında onu öyrənmədən, öz üzərimdə çalışaraq, həyatımı rəssamlığa bağlamışam.  Ali təhsilimin iqtisadiyyat  üzrə olmasına  baxmayaraq, qarşıma qoyduğum məqsəd – öz üzərimdə çalışaraq, gələcəkdə dünya şöhrətli rəssam adına layiq görülmək arzusundayam. 7 dil bilgisinə malikəm. Bildiyim dillər: Azərbaycan, rus, türk, ingilis, fransız, alman və isveç dilləridir.

2) Rəssamlıqda daha çox hansı janra müraciət edirsiniz:
Cavab: Rəssamlıqda daha çox portret janrına müraciət edirəm. Portret janrı mənə həyatım qədər dəyərlidir. Yaradıcılığımda tarixi şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi üstün tuturam. Bunu vacibliyini onda görürəm ki, bu günkü və gələcək nəsil həmin tarixi şəxsiyyətləri və tarixi faktlar haqqında bilgilərə malik olsunlar. Həmin bu bilgilərə malik olmaq, onların dünya görüşündə böyük rol oynayar.

3) Rəssamlıqda gələcək planlarınız haqqında nə düşünürsünüz?
Cavab: Gələcək planlarım haqqında qarşıma qoyduğum məqsəd, öz üzərimdə çalışaraq, peşəkarlığın yüksək zirvəsinə ucalıb və dünya- şöhrətli rəssam adına layiq görülüm. Rəssamın geniş dünyagörüşünə malik olmağı, daim öz üzərində çalışmağı, onu hər zaman böyük yaradıcılıq uğurlarına ucaldar. Sənətkarın böyük yaradıcılıq uğurlarına ucalması, onun tarixində unudulmuş iz qoymasına gətirib çıxarır. Müdrik atalarımız misalında nəzər salaq. Tikmədim özüm qalam, tikdim izim qala.

4) Elə bir əsər olubmu ki, onu ərsəyə gətirə bilməmisiniz?
Cavab: Əlbəttə ki xeyr. Qeyd etmək istəyirəm ki, ürəkdən çəkilən rəsm əsəri, böyük maraqla izlənilən rəsm əsəri olduğu üçün, rəssam daim çalışmalıdır ki, ürəyincə olan rəsm əsərini çəkməklə, hər zaman rahat şəkildə ərsəyə gətirə bilsin. Hər rəssamın öz dəsti-xətti olduğu üçün, o cümlədən mən bir rəssam kimi öz dəsti-xəttim əsasında böyük həvəslə çəkdiyim rəsm əsərlərini ərsəyə gətirərək böyük marağa səbəb olur və izləyicilər tərəfindən böyük maraqla izlənilir.

5) Sizə görə palitrasız və rəngsiz həyat nə deməkdir?
Cavab: Həyatı rəssamsınız təsvir etmək qeyri-mümkündür. Çünki, rəsm əsərlərinin gözəlliyi, həyatın gözəlliyində mühüm rol oynayır. Rəssamı rəngsiz və palitrasız təsvir etmək qeyri-mümkün olduğu üçün, rəssamın palitrasının və rənginin olmamağı, onun həyatının sonu nəticəsinə gətirib çıxarır. O cümlədən rəngin və palitranın mənə həyatım qədər dəyərli olduğu üçün, rəngsiz və palitrasız həyat, mənim həyatımın sonuna bərabərdir.

6) Dünya bir daha gəlsəniz rəssam olarsınız?
Cavab: Əlbəttə ki bəli! Çünki ali təhsilimin iqtisadiyyat üzrə olmasına baxmayaraq, həyatımı rəssamlığa bağlamışamsa, demək həmçinin ikinci dəfə həyata gəlsəm, rəssam olmaq mənə nəfəsim və canım qədər dəyərli olar. İqtisadiyyat üzrə təhsil almaq məni geniş dünyagörüşünə ucaltdı. Çünki həm iqtisadçı, həm kompyuter proqramları üzrə aparıcı mütəxəssis, həmçinin poliqlot kimi geniş dünyagörüşünə malik olmuş rəssam kimi tanınmışam

7) Rəsm və rəssamlıq sənəti, həyatınızda nə kimi rol oynayır?
Cavab: Rəssam üçün bu həyatda yaşamağına əsas səbəb onu yaradıcılığı və bir-birindən fərqli çəkdiyi rəsm əsərləri olduğu üçün, o cümlədən mənim bu həyatda yaşamağıma əsas səbəb, öz yaradıcılığım və bir-birindən fərqli çəkdiyim rəsm əsərləridir. Hətta mənim üçün dahi rəssamların rəsm əsərlərini maraqla izləmək, bir rəssam kimi mənə ilhamın gəlməsində rol oynayır. Ona görə də, rəsm və rəssamlıq sənəti, mənim həyatımda nəfəs kimi lazımlı və canım qədər dəyərlidir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir