Tanınmış müğənni oğluna toy edəcək

Baxılıb:159
Tanınmış müğənni oğluna toy edəcək

Müğənni Kərim Abbasovun övladının xeyir işi olacaq.

  Sənətçi oğlu Yusifə kiçik toy edəcək.  Abbasov övladının şad gününə yaxınlarını, dost və tanışlarını, o cümlədən bəzi sənət adamlarını dəvət edəcək.

İfaçı bu haqda “Səhər mərkəzi” proqramına qonaq olarkən danışıb.

Sənətçi Yusifin toyunun oktyabrın 12-də paytaxt trestoranlarından birində baş tutacağını vurğulayıb.

Kərim verilişin aparıcıları Tural Ababsov və Afaq Gəncəlini, o cümlədən proqramda iştirak edən Əməkdar artist Nigar Şabanovanı oğlunun kiçik toy məclisinə dəvət edib.

Xatırladaq ki, Yusifin 6 yaşındadır. O, bu il birinci sinifə qədəm qoyub.


Abunəlik