Taliban lideri Abdul Hak Hammad qadın aparıcı ilə canlı yayıma çıxdı:” Qisas almaq istəmirik”

Baxılıb:460
Taliban lideri Abdul Hak Hammad qadın aparıcı ilə canlı yayıma çıxdı:” Qisas almaq istəmirik”

Əfqanıstanda tarixi anlar yaşanır…

Taliban liderlərindən Abdul Hak Hammad qadın aparıcı ilə canlı yayıma çıxaraq , qisas almaq istəmədiklərini söylədi

“Biz bütün dövlət işində işləyən kişi və qadınları işlərinə davam etməyə çağırırıq.Yalnız keçmiş nazirlərdən başqa.Son 20 ildə soyğunçuluq edən,ölkəni talayıb var dövləti xaricə çıxaranlar, ölkəni əcnəbilərə satan və ölkəyə xəyanət edənlər qorxub qaçırlar.Əvvəllər saat 16 – dan sonra küçələrdə gəzə bilməzdiniz. Amma indi istənilən adam gəlib Əfqanıstanda 24 saat səyahət edə bilər.Biz əvvəllki rejim kimi oğru və xəyanətkar deyilik.Qərbin propoqandası ilə Talibanın adı ləkələndi.Keçmiş prezident Qani ölkədən qaçarkən yanında 60 milyon dollar aparmağa çalışıb.Onun 40 milyon dolları Kabil hava limanında qalıb.Gəlin birlikdə ölkəni xarici qüvvələrin işğalından qoruyaq “


Abunəlik