Təyyarəsi itən futbolçunun son mesajı: “Çox qorxuram”

Baxılıb:312
Təyyarəsi itən futbolçunun son mesajı: “Çox qorxuram”

Təyyarəsi La Manş boğazında itən argentinalı futbolçu Emiliano Salanın son yazdığı mesaj üzə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Nant şəhərindən Uelsin paytaxtı Kardiffə hərəkət edən şəxsi təyyarə havaya qalxmazdan öncə Sala dostlarına “Whatsapp” vasitəsilə səs yazısı göndərib. 

O, mesajında təyyarənin sanki dağılacağını deyib: “Salam qardaşlarım, necəsiniz? Yorğunluqdan ölürəm. Bu gün işlərimi həll etmək üçün Nantda idim. İşlərim bitmək bilmir. Kardiffə getmək üçün təyyarəyə mindim. Amma təyyarə sanki dağılacaq şəkildədi. Əgər saat yarım ərzində məndən bir xəbər almasanız… Məni axtarmaq üçün kimlərisə göndərəcəklərini bilmirəm, çünki məni bu vəziyyətdə tapa bilməzlər (gülür). Həqiqətən də, çox qorxuram”

Salanın atası da mesajın ona aid olduğunu təsdiqləyib. Komanda yoldaşı Dieqo Rolan da onun belə bir mesaj göndərdiyini bildirib.
Polis isə axtarışların davam etdiyini, amma hələlik heç bir şey əldə edilmədiyini bildirib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir