Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Baxılıb:153
Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Hadisə Bərdə-Ağdam avtomobil yolunun Dörtyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” markal minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Niftəliyev Samir Məhərrəm oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik