TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASINA START VERİLDİ

Baxılıb:203
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASINA START VERİLDİ

 

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə “TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI” layihəsinin I turuna start verilib.

Olimpiadanınformatına uyğun olaraq ilk turun oyunları birinci qrup üzrə Bakı Slavyan Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbayca Turizim və Menecment Universiteti, Bakı Biznes Universiteti, Kooperasiya Universiteti və Azərbaycan Universitetində keçirilib.
Layihənin reqlamentinə əsasən ilk turda tələbələr fərdi şəkildə yarışıblar. IQ, məntiq, dünyagörüşə aid 50 sualı 100 dəqiqə ərzində cavablandırıblar. Növbəti I turun oyunları isə mayın 4-də və 11-də keçiriləcək. Birinci tur tam başa çatdıqdan sonra ümumi siyahıda ən yüksək bal toplayan tələblər may ayının sonunda final mərhələsində qalibi müəyyən edəcəklər.
Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən ilk 100 nəfər tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat
  • “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı
  • “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi
  • “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri
  • “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi
    • “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet
    • Tanınmış brendərdən endirim kuponları
    • və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr…

    İnformasiya dəstəyi:

    ONA, Trend, Report, SİA informasiya agentlikləri, İki sahil qəzet və internet TV, metbuat.az, bakupost.az, edumap.az, AzTimes.az xəbər portalları və Azərbaycan Universitetləri facebook səhifəsi.

    Olimpiadada iştirak etmək üçün universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərsiniz.

    Sonda bildirək ki, mayın 4-də UNEC, ADPU, ADU, BANM, BMU və Qərbi Kaspi universitetində keçiriləcək.

    http://bit.ly/2UxRfm9

     

    Qeydiyyatdan keçin və mükafatlar qazanın.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir