Təhsil sistemində növbəti biabırçılıq – Direktor getdi, məsul olanlar hələ də yerindədir: Sahilə , Gülnarə və Samirə/VİDEO

Baxılıb:224
Təhsil sistemində növbəti biabırçılıq – Direktor getdi, məsul olanlar hələ də yerindədir:  Sahilə , Gülnarə və Samirə/VİDEO

Sosial mediada geniş müzakirələrə səbəb olan son zəng mərasimi üçün hər şagirddən 150 manat pul yığan direktor Yaqut Musabəyli yaranmış narazılıqlardan sonra vəzifəsindən azad edilib. Məsələ ictimaiyyətin ciddi reaksiyasına səbəb olub və təhsil sahəsində növbəti suallar doğurub.Direktorun işdən çıxarılmasından sonra sosial şəbəkələrdə yayılan videolarda məktəbin müəllimləri məsələ ilə bağlı danışaraq, bəzi digər müəllimlərin də direktorla bu prosesdə əlbir olduğunu bildiriblər. Adları çəkilən Sahilə, Samirə və Gülnarə müəllimələr isə hələ də həmin məktəbdə öz fəaliyyətlərini davam etdirirlər.Bu hal haqlı suallar doğurur: əgər direktor pul yığımı səbəbilə vəzifədən uzaqlaşdırılıbsa, həmin prosesdə yaxından iştirak etdiyi iddia olunan müəllimlərin məktəbdə qalması nə dərəcədə ədalətlidir? Videolardan da aydın görünür ki, qeyd olunan müəllimələr direktorun təşəbbüsünə aktiv dəstək göstəriblər. Belə olan halda, məsuliyyətin yalnız direktorun üzərində qalması cəmiyyətin gözündə təhsilə olan inamı daha da sarsıda bilər.Qeyd olunmalıdır ki, bu məsələnin ictimaiyyət tərəfindən gündəmdə saxlanılması və geniş işıqlandırılması nəticəsində direktorun vəzifədən azad olunması təmin edilib. Lakin məsələ bununla yekunlaşmamalıdır. Təhsil sahəsində şəffaflığın təmin olunması üçün məsuliyyəti bölüşən hər kəsə münasib tədbir görülməlidir.Daha maraqlı və təəccüblü məqamlardan biri də odur ki, Yaqut Musabəylinin işdən azad olunmasına baxmayaraq, onun şəkli və vəzifəsi barədə məlumat hələ də Elm və Təhsil Nazirliyinə məxsus rəsmi saytda qalmaqda davam edir. Bu da aidiyyəti qurumların operativliyi və məsuliyyət prinsipləri ilə bağlı yeni suallar doğurur.

Ümid edirik ki, cənab nazir Emin Əmrullayev bu halları da nəzərə alacaq və təhsildə sağlam mühitin bərpası üçün zəruri addımlar atılacaq.Aldığımız məlumata görə, 150 manatdan pul yığan direktor eyni zamanda həmin məktəbdə keçirilən seçkilərin sədridir. Bu isə əlavə narahatlıq doğurur. Buradan üzümüzü hörmətli Məzahir Pənahov cənablarına tutaraq bildirmək istəyirik ki, gələcəyimiz olan gəncliyin – orta məktəb şagirdlərinin son zəngi üçün qanunsuz şəkildə 150 manat tələb edən bir şəxsin seçkilərdə sədr kimi qalması tamamilə yolverilməz və qanunaziddir. Xahiş edirik, bu məsələ də diqqətdən kənarda qalmasın.

Pərvin Abışova /AzTimes az/


Abunəlik