TƏBRİK EDİRƏM,Cənab Nazir!Bayram günlərində də Xidmətiniz əvəzsizdir!–Jurnalist Aybəniz ABDULOVA
Hörmətli Cənab Nazir!!!
Bu məktubu sevinclə, böyük fəxrlə tam səmimi yazıram. Media əməkdaşı kimi etiraf edim ki, bu xoş bayram günlərində də Siz-Azərbaycan Polisinin danılmaz xidmətiniz və əməyiniz var.
Odur ki, Sizi qarşıdan gələn 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik” günü və 1 Yanvar- Yeni il bayramı münasibətilə şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Gələcək illərdə Sizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Siz hər zaman vətəndaşlarımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz.
Təhlükəsizliyimiz naminə göstərdiyiniz davamlı dəstəyə görə, Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.
Sizdən əlamətdar gün münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə; Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı.