Sürücü mikroavtobusda qaz balonu yandırdı -DYP hərəkətə keçdi

Baxılıb:242
Sürücü mikroavtobusda qaz balonu yandırdı -DYP hərəkətə keçdi

AzTimes.az xəbər verir ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən video görüntü yayımlanmışdır.
DYP tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilmiş və Cəlilabad şəhərində müntəzəm marşurut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılmışdır. Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilmiş, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılmışdır.
Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.


Abunəlik