Supermarketdə banan qutularından 646 kiloqram kokain ÇIXDI

Baxılıb:117
Supermarketdə banan qutularından 646 kiloqram kokain ÇIXDI

Çexiyanın paytaxtı Praqada yerləşən supermarketin işçiləri banan qutularında kokain aşkarlayıblar.

Bu barədə Çexiyanın Narkotiklərlə Mübarizə Baş Qərargahının mətbuat katibi Lusiya Şmoldasova məlumat verib.

Onun sözlərinə görə, mağaza ölkəyə rekord sayda (646 kiloqram) qadağan olunmuş maddələr gətirib.

Belə ki, narkotik bir kiloqramlıq kisələrdə qablaşdırılıb.

Qeyd olunub ki, müsadirə edilən narkotikin dəyəri iki milyard krona yaxındır.


Abunəlik