Sumqayıtda mağaza YANDI

Baxılıb:104
Sumqayıtda mağaza YANDI

Sumqayıt şəhərində mağaza yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 150 m² olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 m² sahəyə yığılan plastik və taxta taralar yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Abunəlik