Sumqayıtda daha bir şəhidimizin ildönümü qeyd edilib-FOTOLAR

Baxılıb:550
Sumqayıtda daha bir şəhidimizin ildönümü qeyd edilib-FOTOLAR

Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı qüvvələrinin giziri Əliyev Xəqani Füzuli oğlunun anım günüdür. Əliyev Xəqani 12.06.1990-cı il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq 28.10.2020- ci il tarixində şəhid olmuş, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Əliyev Xəqani Füzuli oğlu ön cəbhəyə könüllü gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliyev Xəqani ölümündən sonra “vətən uğrunda” medalı, 24.06.2021-ci il tarixli Sərəncama əsasən isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Əliyev Xəqani Füzuli oğlunun məzarı üzrə gül dəstələri düzərək şəhidin xatirəsini yad edib,şəhidimizin ailəsi ilə əlaqə saxlıyaraq dərin hüzünlə baş sağlığını verdiyini şəhidimizlə qürur duyulduğunu bildirərək hər zaman lazım olan qayğı və dəstəyi bundan sonra da ailəyə gösdərəcəklərini bildiriblər.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib. Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir. Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

AzTimes.az


Abunəlik