Sumqayıtda daha bir şəhidimiz anıldı- Millət vəkili başsağlığı verdi

Baxılıb:894
Sumqayıtda daha bir şəhidimiz anıldı- Millət vəkili başsağlığı verdi

AzTimes.az xəbər verir ki, Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı qüvvələrinin əsgəri Dadaşov Əzizağa Ramiz oğlunun anım günüdür. Dadaşov Əzizağa 01.07.1994-cü ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq, Füzulinin Yarəhmədli kəndinin azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq 10.09.2020- ci il tarixində şəhid olmuş, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Dadaşov Əzizağa Ramiz oğlu ön cəbhəyə könüllü gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Dadaşov Əzizağa Ramiz oğlunun məzarı üzrə gül dəstələri düzərək şəhidin xatirəsini yad edib,şəhidimizin ailəsi ilə əlaqə saxlıyaraq dərin hüzünlə baş sağlığını verdiyini şəhidimizlə qürur duyulduğunu bildirərək hər zaman lazım olan qayğı və dəstəyi bundan sonra da ailəyə gösdərəcəklərini bildiriblər.

Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib. Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir. Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.


Abunəlik