“Su hər şeyi təmizləyər , üz qaralalığından başqa ” – Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – ŞİKAYƏT
Mən özümü tanıyandan həmişə böyüklərimdən eşitmişəm ki , su həyat mənbəyidir, su axan arxa bir də gələr, su axar, çuxurunu tapar.
Bu aforizmləri sadalamaqla bir vacib nüansı qeyd etməyi özümə vacib borc bildim. Su axıb çuxurunu tapmaq istəyir . Amma…..
Ona görə amma deyirəm ki, İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən Aşıqbayramlı su anbarının başının üstünü qara buludlar alıb. Sahəsi 0,5 m², həcmi 3,6 m³ olan bu su anbarı 1951- ci ildə Göyçay rayonunun pambıq tarlalarının suvarmaq üçün istifadəyə verilib. O gündən üzü bu yana ölkənin ən böyük su anbarı kimi adını tarixə yazdıra bilib.
Görünür su anbarının adının tarixdə qalması bəzilərini sözün əsl mənasında ciddi narahat edir. Su anbarının suyunu bulandırmaq istəyən bir qrup şəxs anbarın üzərində restoran tikməyi gözə alıb. Daha doğrusu restoranın tikilişi artıq başlayıb. Rəhmətlik nənəm demişkən, şıdırğı da iş gedir.
Redaksiyamıza daxil olan məlumatlara əsasən demək olar ki, işin başında bir neçə idmançı , bir də qazi dayanır . Əslində bu adamların restoran biznesinə yaxından – uzaqdan heç bir aidiyyatı yoxdur. Həmin idmançıların qolu, qazinın də ” sözü ” güclü olduğu üçün iş icraçısı onları görünüş üçün gələnin – gedənin qarşısına çıxardır. Bunları ona görə dedim ki , Aztimes.az – a daxil olan foto və videoları sosial şəbəkələrdə paylaşan kimi
Seyid Hüseyn oğlu İbrahimov zəng edib hədə – qorxu gəldi.
Hörmətli , Seyid İbrahimov , əvvalə diqqətinizə yetirim ki , restoran tikdiyin ərazi haqqında yuxarıda bəzi qeydləri aparmışam. Həmin ərazi bildiyim qədər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aiddir. Hansı təyinat üzrə tikilib , anbarın fəaliyyəti nədən ibarətdir onu da imkan olsa mütləq araşdır , oxu. Oxuyub öyrənmək qəbr evinə qədər lazımlıdır . Goru çartdamış Lenin belə deyirdi.
Mənə zəng edib hədə – qorxu gəlmək , işin başında qoyduğun idmançıların və qazilərin də səlahiyyətində deyil.
Həmin qol gücünə arxalandığın idmançılar gücünü mənə yox idman zallarında , idman döşəklərində göstərsə daha məqsədəuyğundur. Mənə zəng edib söyüş – qarğış edən qazi qardaşımızın da nəzərinə yetirim ki, Aztimes. Az və şəxsən mən, Pərvin Abışova bugünə qədər ən çox qazi və şəhid ailələrinin problemlərini əynimə kəfən geyinib işıqlandırmışam.
Məqalənin sonunda Aşıqbayramlı su anbarının üzərində restoran tikib , gəlirini artırmaq istəyənlərə isə sözüm belədir. Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
Pərvin Abışova/AzTimes.az/