Sosial mediada şəhid və qazi narazılıqları, dövlətə qarşı…

Baxılıb:479
Sosial mediada şəhid və qazi narazılıqları, dövlətə qarşı…

Sosial media qarşısıalınmaz informativ gücdür. Bəzən ciddi təhlükə mənbəyi, bəzən intellektlərin savaş meydanıdır. Bəzən fake xəbərin sürətli tirajlanmasına, ədalətli-ədalətsiz, bütün kateqoriyadan insanların linç olunmasına, bəzən də təriflənməsinə şahidik oluruq. Hətta sosial şəbəkə cinayətləri deyə termin də daxil etmişik dilimizə. Sosial şəbəkə dövlət qurumlarının mənfili-müsbətli, həm də sürətlə xəbər əldə edə biləcəyi məkandır. Televiziyadan da, yazılı mediadan da daha sürətli xəbər məkanıdır. Eyni zamanda müxtəlif güclərin hərif-hərif izldiyi, analizini apadığı yerdir. Bəzi dövləti qərarların qəbulu belə sosial şəbəkənin analizindən ciddi şəkildə asılı və ya onunla əlaqəli olur. Bu sistemlə mabarizə, boşuna zaman sərfidir. Onu ötə bilmərsən, məcburən yanında duracaqsan, ayaqlaşmağı öyrənəcəksən.

Niyə yazını bu fikirlə başladım?!

Müzəffər ordunun adını, imicini qorumaqla məşğul olmalı olan Müdafiə Nazirliyi bu günlərdə maraqlı açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilir ki, neçə gündür şəhid ailələri, qazilərə olan münasibətlərdəki anlaşılmazlıqlar haqda sosial şəbəkələrdə heç bir ad göstərmədən məlumatlar, videolar yayır. Azərbaycanın böyük qalibiyyətinə, ordunun nüfuzuna xələl gətirən fikirlər səsləndirirlər. Eyni zamanda düşmən dəyirmanına su tökürlər. Qətiyyən haqsız deyillər.

O videolar da var!

O yazılar da mövcuddur!

Həmin səhifələr də fəaliyyətdədir!

Hətta bu istiqamətdə, çörəyi bundan çıxan mühacir KİV-lər də bəlli yerlərə, özü də Azərbaycan dövlətinin əleyhinə çalışırlar.

Bəs bu sirr idimi? Deyildi! Qəribə olanı budur ki, nəhəng bir dövlət qurumu bunu indi anlayıb. Yaxşı nəticədir də demək olardı, ancaq xeyli yeni narazılığa yol açan məsələlər olmasaydı. Məsələn, açıqlamalarda həmçinin qeyd edilir ki, bu videoları yayanlar müddətdən artıq hərbi xidmətə çağırılan könüllülərin bir qrupudur. Bu bölücülükdür və çox pis reaksiyalar doğurmaqdadır.

Cənablar, hiss olunur, kimin eməsindən asılı olmyaraq, bəlli şikayətlərə görə sizi möhkəm “silkələyib” dövlət baba. Haqq edib, arada belə silkələnmələrdə fayd var. Hərdən dövlət deməlidir ki, mən kimsəsizlər kimsəsiyəm, hamınızdan aliyəm, hər birinizin başı üstündəyəm! Dəyişin! Düzəlin!
Amma belə düzəlmək də olmaz. Dövlətlə qazi arasında uçurum yaratmaq düzgün deyil. Demək olmaz ki, bizim komissiyamız var və gündə onlarla adam dinləyə qəbul edə bilər. Hətta onlayn müraciət eləmək üçün sistemimiz də işləkdir. Amma camaat bunu etmir. Hay-küy salır. Ordunun və dövlətin adı ləkələnir.

Sual verilə bilər ki, axı bu həmin camaatdır, dünən çiyni dövlətin ayağının altında, malı-mülkü dövlətin əlində idi, vətən naminə! Yaxşı indi kim tərs asqırdı ki, o adamlar da dönüb aqresiya topu oldular?!

Cavab çox netdir: Bir qrup məmur hələ ötən ilin sentyabrında qalıb, yeni ilə, yeni Azərbaycana adlamaq istəmir. Nəticə də o olur ki, insanlar incik düşür, könüllü və ya əsgər, hər kimsə, özün alçalmış bilir.


…Sadəcə belə demək olardı. Sosial mediada yer alan narazılıqlar, yaranmış vəziyyət analiz edilib. Bununla əlaqədar olaraq, Azərbaycan MN xüsusi komissiya yaratdı. Və ya fəaliyyəti qənaətbəxş olmayan məsələlərin araşdırılması ilə məşğul olan müvafiq komissiyanın fəaliyyəti bərpa olundu. İndən belə həmin komissiya gündə onlarla adamı dinləyib, qəbul etməyə hazırdır. Bölgələrdən isə insanların onlayn müraciət etmək imkanları var.


Bu arada cənablar tərəddüdlə bir sualım daha var. Sizindəmi onlayn müraciət sisteminiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininki kimi çalışır? Yəni çalışmır…

Elədirsə, onda vay o ailələrin də, bizim də halımıza. Çünki vəziyyət ancaq düşmənin xeyrinə olacaq.

Düzü bir təklifim də var. Bu məsələlərlə bağlı rayon icra orqanları ilə işbirliyini dənəyin. Yəni vətən uğrunda can vermiş adamlar sizin ayağınıza gəlməsin, siz axtarıb tapın onları. Adamların üzərinə niyə bunu eləmisən səni bu dəqiqə…nə isə…Qıscası, adamların üstünə hədə ilə yürüməyin. Onların elə sizing özünüzün də, insanlığa, sevgi, diqqətə ehtiyacı var. Bir də onların təltifə ehtiyacı var, ədalətli təltifə.

…Bu arada, adamlar Nəcməddin Sadıkovdan da xəbər gözləyir. Yeri gəlmişkən, siz daxil hər kəsi narahat edən o adsız səhifələr bu mövzuda susur, öz adamlarını, bəlkə də rəislərini, susumaqla qoruyurlar indilik. Və fərdi yozumum bu ki, vəziyyət elə qarışıb, Sadıkovu onu nə postunda saxlamaq, nə istefaya yollamaq, nə də işinin başına qaytarmaq olur…

Jalə Mütəllimova AzTimes.az


Abunəlik