Fransa səhvə görə Azərbaycandan üzr istədi – FOTOFAKT

Baxılıb:329
Fransa səhvə görə Azərbaycandan üzr istədi – FOTOFAKT

Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.

Aztimes.Az-ın xəbərinə görə, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.

Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.


Abunəlik