SON DƏQİQƏ:Göyçayda yürüş başladı, gənclər küçələrə axışdı-VİDEO

Baxılıb:1449
SON DƏQİQƏ:Göyçayda yürüş başladı, gənclər küçələrə axışdı-VİDEO

Son günlər erməni təxribatı nəticəsində ön cəbhədə baş verən hadisələrlə əlaqədar ölkənin bir çox yerlərində yürüş və aksiyalar təşkil olunur. AzTimes.az xəbər verir ki, bu gün Göyçay gəncləri səfərbərlik tələbi şüarları ilə yürüşə başlayıblar. Onlar ordumuzun, Ali Baş Komandanın yanında olduqlarını bəyan edərək prezidentdən səfərbərlik əmrini verməsini istəyiblər. Göyçayın icra başçısı Mehdi Səlimzadə də gənclərə qoşularaq yürüşdə iştirak edib. O, daim Göyçay gənclərinə dəstək, arxa olduğunu, bu məsələdə sona qədər yanlarında olduğunu bəyan edib. Bildirib ki, Azərbaycanın bu müharibədən qalib çıxacağı üçün lazım gələrsə o da bir əsgərdir.


Abunəlik