SON DƏQİQƏ: Ukrayna MDB sazişdən çixdı-Azərbaycanla yeni müqavilə imzalanacaq

Baxılıb:668
SON DƏQİQƏ: Ukrayna MDB sazişdən çixdı-Azərbaycanla yeni müqavilə imzalanacaq

Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib.

AzTimes.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir.

Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq.

Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq.


Abunəlik