SON DƏQİQƏ- Bakıda güclü yanğın

Baxılıb:142
SON DƏQİQƏ- Bakıda güclü yanğın

AzTimes.az  minval.infoya istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

“Nargilə” kafesi yaxınlığında, Zığ yolu 5 ünvanında baş verən yanğını söndürmək üçün yanğınsöndürən maşınlar əraziyə cəlb olunub.

Şahidlər bildirir ki, hadisə boş sahədə qeydə alınsa da, yaxınlıqda yaşayış binaları yerləşir.

Yanğının böyük ərazini əhatə etdiyi söylənilir.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir