Sistematik Fəlsəfə “Axirət dünyası”na inam-RAMİN MUSAYEV

Baxılıb:714
Sistematik Fəlsəfə  “Axirət dünyası”na inam-RAMİN MUSAYEV

 

İnsan yarandığı gündən onu bir sual düşündürür. “Yer necə yarandı?”, “İlk insan necə yarandı?”,  ” Ölümdən sonra həyat varmı?”….. və s. və i.a . AzTimes.az olaraq bu suala  Ramin Musayevin gözü ilə baxacağıq.
İbtidai insanlar bir çox psixi hadisələri ,o cümlədən ölüm hadisəsini bədəndə yaşayan ruhun fəaliyyəti kimi başa düşürdülər.Yaxınları öldükdə ölü insanla diri insanı müqaisə etdikdə görürdülər ki, ölən insan nəfəs almır. (ruh-yunanca pnoyma nəfəs deməkdir )
Bəs bu nəfəs (ruh ) hara getdi?
Ruhlar harda sakin ola bilər? Bu sualın cavabında ibtidai insanın nəzərində dünya ikiləşirdi. İnsanın yaşadığı real dünya və “ruhların yaşadığı axirət dünyası”. Qəbilənin ölmüş üzvünün yuxuya girməsi o dünyaya inamı bir az da artırırdı.
İlk vaxtlar insanlar ruhları maddiləşdirir və canlı məxluq hesab edirdilər.  Ona görə də ruhun bədəndən ayrılıqda yaşamasını da real həyat tərzi hesab edirdilər. Əgər ruh da insanın özü kimidirsə ,deməli ,ona qayğı göstərmək lazımdır. Ölənin ruhunu incitmək ,narazı salmaq olmazdı. Ona görə bəzi rayonlarımızda qəbrə yemək ,filan qoyurlar ,burdan irəli gəlir. İnsanlar hətta ruhdan qorxur və çəkinirdilər. Buradan da onlara pərəstiş edilməsini , onlara qayğı göstərilməsini nəzərdə tutan dini ayinlər və mərasimlər meydana gəlmişdir.
İnsanlar ölən insanın ruhundan yayınmaq üçün bəzən başqa yerə köçərdilər. Ya da özlərini tanınmaz hala salmaq üçün paltarlarını tərsinə geyər , saçlarını uzadar və sifətlərini rəngləyırdilər. Bizdə də dəfndən sonra qara paltar geymək ,saqqal saxlamaq ,kəfəni ağa bükmək buradan irəli gəlir. Bu cür adətlər Avstraliya və Okeaniyada da vardır.Image result for qədim allahlar
Axirət dünyasına inam sonralar monoteist dinlər tərəfindən mənimsənilmiş və xeyli dəyişdirilmişdir.Bizdə özlərini “əsl İslam “kimi göstərməyə çalışan Quranilər (Ülvü Kazımlı ,Asim Əzimov və s.) ruhu guya qəbul etmirlər ,Quranda ruhun Allahla Məhəmməd arasında vəhy kimi ,ya da çarəsiz qalıb elə şüur kimi qəbul edirlər. Yəni Quran olmasa elə demək olar ki Ateist kimi real düşünürlər.
DƏFN mərasimləri və axirətə inam müxtəlif cografi məkandan fərqli olaraq dəyişilir. Məsələ köçəri olanlara görə qəbrin üstündə heç bir nişan lazım deyil və qəbr itib batmalıdlr .Qumlu səhra üçün nəzərdə tutulan bu adətlər çox da yayıla bilməmişdir.Image result for qədim dövrdə dəfn mərasimləri
Cənnət arzuları da məsələn ərəblərin istidən qorunduğu üçün Ağaclar altından axan çaylar və daimi kölgəliklər kimi göstəriblər. Şimal xalqlarında isə cəhənnəm soyuq kimi göstərilir və onlar yəni Normandlar ən çox dəniz həyatı keçirdiyindən mərhumu dəniz ləvazimatları ilə birgə dənizə atırdılar.Related image
Hətta insanın dirilməsinə inam getdikcə azalmış və hal hazırda mərhumu “əbədiləşdirilməsi “üçün dəbdəbəli məzarlar düzəldirlər.Yəni dirilməsinə inam az olduğu üçün daşlarda yaşamağını şüuraltı qəbul etmişlər.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir