Sentyabr hadisələrində 6 azərbaycanlı işgəncələrlə öldürülüb – RƏSMİ

Baxılıb:172
Sentyabr hadisələrində 6 azərbaycanlı işgəncələrlə öldürülüb – RƏSMİ

“Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib”.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.

“Report”


Abunəlik