“Sapla”dan qadınlara möhtəşəm ŞANS

Baxılıb:175
“Sapla”dan qadınlara möhtəşəm ŞANS

DİQQƏT!!! Paylaşaraq ehtiyacı olanlara çatmağa kömək etsəniz sevinərik.
“Sapla Academy” olaraq çoxdan gözlədiyimiz xoş cavabı aldıq. Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Publik Hüquqi Şəxs ilə əldə etdiyimiz ilkin razılaşmaya əsasən “Sapla Academy”nin ödənişsiz dərzilik kursunda iştirak edən qadınlara, 2 ay ərzində hər ay 345 manat həcmində olmaqla təqaüd veriləcək.
Kurs 2 ay müddətində həftədə 5 dəfə olmaqa, 1-ci ay nəzəri, 2-ci ay praktiki şəkildə həyata keçiriləcəkdir.

Təqaüd almaq üçün aşağıdakı meyarlar qanunla tələb olunur:

  1. Bakı qeydiyyatında olmaq.
  2. Aktiv əmək müqaviləsinin olmaması.
  3. Adınıza VÖEN-nin olmaması.

“Sapla Academy”nin qəbulda namizədlərə üstünlük vermə sırası:

  1. Zorakılığa məruz qalmış qadınlar.
  2. Sosial- iqtisadi zəif, təhsilə çatımlılığı olmayan qadınlar.

XÜSUSİ QEYD: Kursu bitirən qadınlar işlə təmin olunacaqlar. “Sapla Academy”nin icraçı direktoru olaraq Dövlət Məşğulluq Agentliyi ilə bağlanacaq müqavilədə iltizamnamə imzalayaraq, öhdəlik götürürəm ki, kursu bitirən qadınlar işləyəcək, məşğul şəxsə çevriləcəklər. Ona görə də xahiş edirəm ki, müraciət etmədən əvvəl kursu bitirəndən sonra işləyib-işləməyəcəyiniz qərarını verin.
Bizim artıq bir neçə seçim turumuz olub və artıq məhdud sayda yerlərimiz qalıb.

XÜSUSİ QEYD 2: ƏGƏR SİZ QANUNUN TƏLƏB ETDİYİ MEYARLARA UYĞUN DEYİLSİZ, LAKİN “SAPLA ACADEMY”NİN ÜSTÜNLÜK VERMƏ SIRASINA UYĞUN GƏLİRSİNİZSƏ TƏQAÜD ALMADAN, SEÇİM TURUNDAN KEÇƏRƏK KURSLARA QOŞULA BİLƏRSİZ.

Ünvan: Binəqədi rayonu Rəsulzadə qəsəbəsi
Əlaqə nömrəsi: +994504292028 + nömrədə whats up aktivdir.


Abunəlik