Şamaxıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Baxılıb:160
Şamaxıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:50 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili 35-40 yaşlı kişini vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir