Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işdən çıxarılıb?

Baxılıb:157
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işdən çıxarılıb?

 

Səhiyyə Nazirliyi Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin işdən çıxarılmasına münasibət bildirib.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, o, işdən çıxarılmayıb:

“Səməd Fətəliyev baş həkim vəzifəsini müvəqqəti icra edir. Hazırda vəzifəsini yerinə yetirir”.

Qeyd edək ki, ötən il Ekologiya və Təbii Sərvətlər və  Daxili İşlər nazirlikləri tərəfindən Şamaxıda reyd keçirilib. Reyd zamanı “QAZ-52” markalı, 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub. Təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir