Sərhədlərin delimitasiyası bu xəritələr əsasında aparılacaq – Qriqoryan açıqladı

Baxılıb:91
Sərhədlərin delimitasiyası bu xəritələr əsasında aparılacaq – Qriqoryan açıqladı

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşündə sərhədlərin delimitasiyası üçün topoqrafik xəritələrin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək.

Bu barədə cümə axşamı jurnalistlərə Ermənistan hökuməti sədrinin müavini, Delimitasiya Komissiyasının sədri Mher Qriqoryan bildirib.

“Biz eksklüziv olaraq peşəkar xəritələr olan topoqrafik xəritələrdən danışmalıyıq. Çox vaxt insanlar sxematik və metodoloji xəritələri topoqrafik xəritələrlə səhv salırlar”, – o qeyd edib.

“Delimitasiya prosesi, eyni zamanda, təkcə xəritələrlə işləməyi nəzərdə tutmur: ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyi müəyyən etmək lazımdır. Azərbaycanla danışıqlar prosesində bütün bu nüanslar çox vacibdir”, – deyə Ermənistan baş nazirinin müavini izah edib.

Xatırladaq ki, Ermənistan baş nazirinin müavini və azərbaycanlı həmkarı Şahin Mustafayev yanvarın sonunda Tavuşda, sərhəd zonasında görüşmüşdülər. Bundan əvvəlki görüş ötən il noyabrın 30-da olub.


Abunəlik