Şəmkirdə keçirilən əməliyyatın nəticəsi hamını ŞOK nəticələri

Baxılıb:380
Şəmkirdə keçirilən əməliyyatın nəticəsi hamını ŞOK nəticələri

     Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

AzTimes.az xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb. Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən  xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkar edilən faktlara üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Abunəlik