Şəhid Teymur Qasımovun doğum günüdür-FOTOLAR

Baxılıb:216
Şəhid Teymur Qasımovun doğum günüdür-FOTOLAR

Xəbər veriyimiz kimi bugün 2016-cı il Aprel döyüşləri zamanı şəhid olan Teymur Qasımovun ad günüdür.
Bu gün Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdürü;Qafqaz Müsəlmanları İdarəsinin Bölgə Səlahiyyətli nümayindəsi; Parklara Xidmət və Nəzarət Təşkilatı; Bayraq Muzeyi; ‘’Göyçay’’qəzeti və Göyçay İnfomasiya Agentliyinin bir qrup üzvü;şəhidin ailə üzvləri; ağsaqallar kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, dua verib, gül düzmüşlər.
Qeyd edək ki;Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.
Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Bu gün öz növbəsində şairə Şəmsiyyə Qaramanlı şəhidə şeir həsr etmişdir. Onu sizlərə təqdim edirik:
Borcunu ödəməyə.
İl yarım qulluq edib
Ailənə dönməyə,
Mənim aprel şəhidim.
Kimsə bilmədi sənin
Arzuların başqadı.
Amalın, məqsədlərin,
Mövzuların başqadı,
Mənim aprel şəhidim.
Bir aprel günü aldın
Düşmənin göz odunu.
Yaşatdın sən Vətənə
Qələbənin dadını,
Mənim aprel şəhidim.
Qəlbində bəslədiyin
Əsir yurdun eşqiydı.
Göstərdiyin şücaət
Böyük Zəfər məşqiydi,
Mənim aprel şəhidim.
Zəfərin müjdəsini
Vətənə sən gətirdin,
Bu bahar Qarabağda
Xaribülbül bitirdin,
Mənim aprel şəhidim.
Hər əksinə baxanda
Sığmır köksə qürurum.
Arxayın ol bizlərdən,
Nur içində yat, nurum,
Mənim aprel şəhidim,
Mənim igid Teymurum.

Gülşən Muradova AzTimes.az


Abunəlik