Rusiyanın bu əraziləri Belarusa verilir: Qərblə danışıqlar başlayıb

Baxılıb:48
Rusiyanın bu əraziləri Belarusa verilir: Qərblə danışıqlar başlayıb

Belarus müxalifəti Qərbdə Rusiyanın qərb ərazilərinin respublikaya birləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə dövlət başçısı Aleksandr Lukaşenko Belarus Respublika İstehlak Cəmiyyətləri İttifaqının iclasında danışıb.

“Bu gün Qərbdə hər kəs, o cümlədən Belarusdan qaçanlar Rusiyanın Ukrayna ilə müharibədə məğlubiyyətini arzulayır. Onlardan sitat: “Polşanın Belarusun qərb torpaqları üzərində hüququ var və Rusiya məğlub olarsa, Belarus Rusiyanın qərb torpaqları hesabına böyüyəcək. Bizə Smolensk və Bryanskdan, bəlkə də Pskov vilayətlərindən nəsə ötürəcəklər. Əvəzində qərbi Belarusu Polşaya verməliyik”, – Lukaşenko bildirib.

Prezident qeyd edib ki, heç bir halda belə bir şeyə razı ola bilməz, Belarus torpaqları uğrunda sona qədər mübarizə aparacağıq.

Lukaşenko bir qədər əvvəl Belarusun qərbində keçirilən antiterror əməliyyatı zamanı ukraynalı diversantların saxlandığını açıqlamışdı.


Abunəlik