Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR – Bu sahələrdə işləmək qadağan edildi

Baxılıb:71
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR – Bu sahələrdə işləmək qadağan edildi

Rusiyanın Amur vilayətinin hökuməti 2025-ci ilədək miqrant işçilərin nəqliyyat xidmətləri sektorunda işləməyə cəlb edilməsinə qadağa qoymağı planlaşdırır. Bununla da xarici işçilərin istehlak bazarında payının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

Regionda əcnəbi işçi qüvvəsinin daha çox ixtisarına dair qərar regional hökumətin iclasında qəbul edilib.

Hazırda regionda miqrantların qızıl hasilatı və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrdə işləməsinə qadağa qoyulub. Qeyd olunur ki, gələcəkdə tikinti sənayesində əcnəbi işçi qüvvəsinin payını azaltmaq mümkündür. Lakin bu, 2026-cı il üçün nəzərdə tutulub. Miqrantları gənc mütəxəssislər əvəz edəcək.

“Hesab edirəm ki, region üçün iqtisadiyyatın kritik sahələrində fəaliyyət göstərən müəssisələrin bölgədəki təhsil müəssisələri ilə birbaşa əlaqəsi olmalıdır. Təşkilatlar miqrantları cəlb etməklə yanaşı, onlara lazım olan ixtisaslar üzrə gənc mütəxəssislər hazırlamalıdır”, – qubernator Vasili Orlov bildirib.

Amur vilayətinin Məşğulluq İdarəsi statistik məlumatlara əsaslanaraq bildirib ki, regionda ən böyük kadr çatışmazlığı tikinti, nəqliyyat, istehlak bazarı və dövlət idarəçiliyi sektorlarında yaşanır. Bölgədəki açıq vakansiyaların 68%-i iri şirkət və korporasiyaların, o cümlədən qaz müəssisələrinin və kosmodromun təklifləridir.

Tikinti sənayesində ən az kadrlar sadə işçilərdir: rəssamlar, dülgərlər, betonçular, hörgüçülər və armatur işçiləri. Onların çatışmazlığı işçi miqrantların hesabına ödənilir. Rayondakı təhsil müəssisələrində tələb olunan ixtisaslara malik mütəxəssislər hazırlansa da, işəgötürənlər gənc mütəxəssisləri işə götürmək istəmirlər.

Bundan əvvəl Rusiyanın Saxa (Yakutiya) Respublikasının hakimiyyət orqanları miqrantların işlədiyi bütün əsas sənaye sahələrində: sərnişin taksilərində, sərnişin daşımalarında və yükdaşımalarda, ticarət, xidmət sahələrində əcnəbi vətəndaşların işə götürülməsini qadağan edib.

Qeyd edək ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Həmin şəxslərin çox hissəsi isə işləmək üçün bu ölkəyə üz tutub.


Abunəlik