Rusiya TƏLƏB ETDİ: BMT Təhlükəsizlik Şurası bu tarixdə toplanır

Baxılıb:63
Rusiya TƏLƏB ETDİ: BMT Təhlükəsizlik Şurası bu tarixdə toplanır

Rusiya Federasiyası ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Bu barədə BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Biz indicə ABŞ-ın İraq və Suriyaya zərbələrinin sülh və təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdıq. Sessiyanın fevralın 5-də, Nyu-York vaxtı ilə saat 16:00-da keçirilməsi planlaşdırılır”, – deyə o bildirib.


Abunəlik