Ruhi xəstə gənc oğlanı eskalatordan belə itələdi

Baxılıb:97
Ruhi xəstə gənc oğlanı eskalatordan belə itələdi

Qazaxıstanın Karaqanda şəhərindəki ticarət mərkəzində naməlum şəxs 25 yaşlı gənci eskalatordan itələyib.

Gənc oğlan eskalatorla enərkən, tanımadığı şəxs arxadan qaçaraq onu təpikləyib.

Məlumata görə, zərərçəkmiş pilləkənlərdən aşağı yuvarlanıb və huşunu itirib.

Polis tərəfindən saxlanılan 31 yaşlı kişi ruhi xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, o, əvvəllər bu tibb müəssisəsində qeydiyyatda olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.


Abunəlik