Qusarda polis rəisi məktəblilərlə görüşüb

Baxılıb:176
Qusarda polis rəisi  məktəblilərlə görüşüb

AzTimes.az xəbər verir ki, bu gün Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin, çıxış edən RPŞ-nin YYÇPİT qrupunun baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlərSonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik