Qurban bayramını uşaqlara necə başa salaq?-Mutəxəssis MƏSLƏHƏTİ
Bildiyimiz kimi,qurban bayramı dini bayramdır. Bu bayramda
minlərlə heyvan Allah yolunda qurban kəsilir. Bəs biz bunu uşaqlara
hansı şəkildə,hansı yaşda və necə başa salmalıyıq ki,bu uşaqlarda
travma yaratmasın və heyvanlara qarşı olan mərhəmət hissi
dəyişməsin?
İlk öncə qeyd edim ki, uşaqlara 9-11 yaş öncəsindən qurban
kəsmə səhnəsinin izlənməsinə icazə vermək olmaz. Çünki
din,günah,ölüm kimi anlayışlar ancaq bu yaşdan sonra başa
düşülməyə başlanılır. Bu yaşdan öncə izlənilərsə, uşaqlarda çox
ciddi psixoloji travmalar yaranar. Ona görə də hər uşağın yaş
dönəminə uyğun başa salınmalıdır. Belə ki, əgər uşaq 0-3 yaş
dönəmindədirsə,bu yaşda uşaqlara bayramın ancaq əyləncəli
hissəsi,yəni şar,şəkər,yeni bayramlıq paltarların geyinilməsi,qonaq
getmək və s. başa salınır. 3-6 yaşda olan uşaqlara əgər öncədən
azda olsa, Hz.İbrahim,İsmayıl haqqında məlumatlar verilibsə,bu
məlumatlar daha da dərinləşdirə bilərik. Bu bayramın
birlik,bərabərlik,paylaşma bayramı olduğunu başa salacağıq.
11 yaşdan sonra uşaqları heyvanların kəsilmə mərasiminə aparmaq
olar. Hətta uşaqlara qurban ət paylarının paylaşdırılmasında iştirak
etməsinə icazə vermək lazımdır. Amma bəzən ola bilərki,bəzi
valideynlər uşaqlarını bu bayram haqqında daha yaxşı və öncədən
məlumatlandırdığı üçün erkən yaşda da uşaqlarını qurban kəsmə
mərasiminə apara bilərlər. Çünki hər bir valideyn öz uşağını və onun
psixikasını yaxşı tanımalıdır. Əgər bütün bunlara diqqət edərək
uşaqlarımıza Qurban bayramını başa salsaq bu gözəl bayramı
sevərək qəbul edib anlayarlar. Hər birinizə sevgi dolu,mərhəmətli
uşaqlar böyütmək diləyi ilə Bayramınız mübarək!
Psixoloq Xəyalə Quliyeva /AzTimes.az/