Qubada oğurluq hadisəsi baş verib

Baxılıb:396
Qubada oğurluq hadisəsi baş verib

AzTimes.az xəbər verir ki,Quba rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.


Abunəlik