Qubada məktəblilər “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndiriliblər

Baxılıb:57
Qubada məktəblilər “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndiriliblər
  Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qəcərzeyid kənd tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən Quba Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

R.Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə də şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.


Abunəlik