Qohumu məhkuma narkotik ötürməyə cəhd etdi

Baxılıb:120
Qohumu məhkuma narkotik ötürməyə cəhd etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 93.1.2-ci maddələri ilə məhkum edilmiş Asif Səfərqulu oğlu Məmmədova əmisi oğlu Azər Ağamməd oğlu Məmmədovun gətirdiyi sovqatda tənzifə hopdurularaq tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik