Qobustanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Baxılıb:100
Qobustanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1999-ci il təvəllüdlü Əlizamin Məzahir oğlu Məlikli və daha bir nəfər (adı və soyadı dəqiqləşdirilir – red.) xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


Abunəlik