Qız qalasının konstruksiyası haqqında sirrli məqamlar

Baxılıb:739
Qız qalasının konstruksiyası haqqında sirrli məqamlar

Qalada əvvəllər I və II mərtəbələr arasında pilləkən olmayıb. İkinci mərtəbəyə yuxarıdan endirilən kəndir ilə qalxmaq olurmuş. Bunun səbəbi qalaya təsadüfi insanların daxil olmasına maneə yaratmaq imiş.

Qız qalasının divarlarında 2 şaquli boşluq var. Boşluqların birində dərinliyi 21 metr olan daş quyu yerləşir. Onun içi hələ də su ilə doludur. Suyun analizi göstərib ki, içməlidir. Quyunun ağzı birinci yox, üçüncü mərtəbədədir. Belə ediblər ki, düşmən qalaya daxil olsa, birinci mərtəbədən suyu zəhərləyə bilməsin.

İkinci boşluqda qalanın yuxarı mərtəbələrindən özülünə qədər divar boyu bir-birinə geydirilmiş keramik borular yerləşir. Boru xətti hazırda qalanın qapısı olan yerdən keçir.

Qalanın divarları çox qalındır: aşağı hissədə qalınlıq 5 metr, yuxarı hissədə 4 metr-dir.

Tikilinin səkkiz pəncərəsindən yuxarıdakı dördü elə yerləşib ki, dekabrın 22-də qış gündönümündə günəşin şüaları bu pəncərələrdən düşərək qalanın içini işıqlandırır.

( Azərtac)


Abunəlik