Pandemiyaya görə ölkələr vətəndaşlarına nə qədər ödəniş edib?- SİYAHI

Baxılıb:930
Pandemiyaya görə ölkələr vətəndaşlarına nə qədər ödəniş edib?- SİYAHI

Koronavirus pandemiyasına görə dünyada milyonlarla insan həm maddi, həm də mənəvi zərər gördü. Bir çox ölkə öz vətəndaşlarına yardım etmək üçün birbaşa ödənişlər həyata keçirdi. AzTimes.az saytı bu ölkələrdən bəziləri və ödənişlər haqqında məlumatları təqdim edir

Yaponiya vətəndaşlarına aylıq 930$ ödəniş edib. Pandemiya başlayandan Kanada hökuməti işini itirən vətəndaşlarına ayda 1400$ ödəyir. ABŞ isə aylıq 99 min dollardan az qazanan vergi verən bütün amerikalı şəxslər üçün 1200$ ödəniş edir. Bundan əlavə ABŞ-da ailənin təyinatına uyğun müxtəlif əlavə yardımlar da mövcuddur. Aprelin sonunda müzakirəyə çıxarılan bir qərara görə isə aylıq 120 min dollardan az qazanan amerikalılara ayda 2000$ verilməsi nəzərdə tutulub. Mayın əvvəlinə olan məlumata görə artıq 80 milyon amerikalı bu yardım çeklərini almışdır. ABŞ-da ödənilən yardım çekləri mart ayından başlayıb və may ayına qədər ölən insanlar nəzərə alınmayıb.
Cənubi Koreya ailələrə 820$, Hong Kong 1280$ (fevral ayında), Sinqapur 422$, Kosta Rika 200$ ödəyib. İrlandiyada isə ödənişlər həftəlik edilib, həftədə 220$.

Almaniyada kiçik müəssələrdə işləyən və sərbəst işləyənlərə yardım təklif edilib – təxminən 5422$ .
Hollandiyada isə qayda belədir. gəlirlərinin ən azı 20%-ni itirən şirkətlər yardım üçün dövlətə müraciət edə bilərlər. Müraciətdən sonrakı 3 ay müddətində hökumət işçilərin maaşlarını ödəyir. Lakin belə bir qayda var ki, işçilər işdən çıxarılarsa, dövlətin yardımı dayandırılır.

Mart ayında Danimarka özəl şirkətlərə 13 həftəlik işçi maaşlarının 75 % -ni verəcəyini açıqlamışdı. Bu ölkədə də eyni qaydadır. Şirkətlər əgər işçiləri işdən çıxarsalar, bu yardım kəsiləcək. Türkiyədə müəyyən şərtlərə uyğun olan şəxslər 1000 TL, təxminən 137$ yardım alırlar.

Azərbaycanda isə 600,000 insana 190 manat yardım edildi (təxminən 112$) və hal-hazırda bu yardım davam edir. Lakin sistemdə boşluqlar var. Vinerlər, bahalı avtomobili olanlar, 190 manatı qarpıza verib doğrayanlar və s. göstərdi ki, ödənişlər doğru ünvanlara çatmayıb. Ehtiyacı olan yüzminlərlə şəxs şərtlərə uyğun olduğu halda belə müxtəlif məntiqsiz bəhanələrlə bu yardımdan kənarda qalıb.

(BusinessInsider, BBC, CNNTurk, Washingtonpost Albert Eynişeydi səhifəsi)


Abunəlik